BACKLINK-lər nədir.Seo zamanı necə istifadə etməli.

SEO işlərində sıxlıqla eşitdiyiniz və adından çox söz etdirən link və backlink anlayışı sayt xarici SEO fəaliyyətlərinin əsas komponentlərindən biridir.
Bu çalışmalar ödənişli və vaxt tələb edən bir iş olmaqla yanaşı, eyni zamanda səbr də tələb edir. Bir çoxları tərəfindən edilən ən önəmli yanlış, sayt daxili SEO çalışmalarını etməzdən öncə və ya əksik edilmiş bir çalışma ilə backlink axtarışına çıxmaqdır. Bu çox riskli və yanlış bir çalışma strategiyasıdır.
Məsələn:
Özünüzü professional idmançı kimi təsəvvür edin. Bu halda rinqə çıxmazdan öncə nə etməli olduğunuzu bilirsiniz?
Plan daxilində sizə uyğun olan proqramda məşq edərək döyüşə ən yaxşı şəkildə hazırlaşacaqsınız. Deməli ancaq sayt üçün optimizasiya işlərini tam hazır vəziyyətə gətirdikdən sonra backlink axtarışına çıxmalısınız.

build_backlinks_to_your_website
Backlink Nədir?
Tərcümədə geri bağlantı mənasına gəlməkdədir. Bir saytın digər bir sayta vermiş olduğu linkdir. Saytın xarici SEO çalışmalarının (off page SEO) önəmli başlıqlarından biridir.
Təsəvvür edək ki “kharayev.az” adında bir veb saytınız var və “abcd.com” adında başqa bir veb sayt sizə məzmunu qorumaq şərti ilə link verir. Yəni sizi öz istifadəçilərinə doğru şəkildə tövsiyyə edir. Bu halda bir neçə məsələyə diqqət yetirmək lazımdır:
Backlink aldığınız saytın keyfiyyəti və məzmunu sizin saytdan aşağı olmamalıdır (Məzmun cəhətdən eyni və ya oxşar olmalıdır (kosmetik vasitələr haqqında olan saytın texnologiya bloguna link verməsi mənasız və qeyri-effektivdir)
Domain Authority – Page Authority (Təyin edilmiş müəyyən alqoritmlərlə SEOmoz tərəfindən domain və səhifələrinizə 100 xal üzərindən verilən dəyərdir. Backlink alacağınız zaman domain səhifə nə qədər məzmun cəhətdən yaxın, keyfiyyət baxımından yüksək olarsa, geri dönüş o qədər faydalı olacaqdır.
Keyfiyyəti müəyyən edən faktorlar: Alınan linklər, dolğun məzmun, domainin yaşı (alınandan mövcud zamana qədərki vaxt) Saytın domain və keyfiyyət dəyəri 30-dan yuxarı olmalıdır)
Trustrank (BARƏDƏ OXUMAQ ÜÇÜN)
Trustrank Stanford universiteti və yahoo tərəfindən spamla mübarizə üçün yaradılmış alqoritmdir. Ümumi desək, TrustRank məntiqinə görə, keyfiyyətli saytın link verdiyi sayt da keyfiyyətli sayılır. Bu yanaşma istifadəçilər tərəfindən məntiqli hesab edilməsə də, iş prinsipi belədir və hələ də bu məntiqlə davam edir. TrustRankda olan bir digər məntiqə görə isə, link alan veb sayt, link verən veb saytın trustrank dəyərindən aşağı qiymət almalıdır.
Trust Flow – Citation Flow
Trust flow saytınızın keyfiyyətini əsas götürərkən, citation flow saytınıza verilən linklərin keyfiyyət dəyərini yoxlayır və ya müəyyənləşdirir. Saytınızı həm trust flow həmdə citation flow dəyərlərini eyni balansda olmasına diqqət etməlisiniz. Trust Flow dəyəri aşağı olub, Citation Flow dəyəri yüksək bir sayt bir müddət sonra cəzalandırılma ilə qarşı qarşıya qalacaqdır.
SEO Visibility
Saytınızın axtarış sistemləri üzərində görünürlük, asan tapılabilmə dərəcəsi və məlumatlarını bizə təqdim edir. Yəni burada backlink alacağınız saytı incələyərək backlink alıb almayacağınıza qərar verirsiniz. Backlink alacağınız saytın SEO VİSİBİLİTY raportu hər zaman aşağı enən bir qrafikdədirsə, backlink almaq faydalı olmayacaqdır. Daima yüksəlmə görməyə bilərsiniz və ya zaman-zaman enmələr ola bilər, amma bu daima belədirsə, o saytdan backlink almaq yanlış strategiyadır.
New – Lost Backlinks
Yeni backlink və itirdiyiniz backlink keyfiyyəti hər zaman önəmlidir. İtirilmiş backlink dedikdə məsələn, deyək ki sizin saytınızdaki texnologiya ilə bağlı bir yazıya backlink verilib. Bir müddət sonra siz o yazını sildikdə, sizə verilən backlink itirilmiş backlink sayılır, çünki istifadəçilər o linkə daxil olaraq saytınızdakı yazını oxuya bilmir.
Aldığınız yeni backlinklərin keyfiyyəti itirdiyiniz backlinklərə görə aşağıdırsa, saytınızda dalğalanmalar yaşanacaq. Link aldığınız saytın yeni və itirilmiş backlinklərinə baxaraq irəliləyən günlərdə necə bir nəticə ilə qarşılaşa biləcəyini, saytınıza nə dərəcədə zərər verə biləcəyini analiz edə bilərsiniz. İtirilmiş backlinklər yerinə gələn backlink, mütləq köhnədən daha keyfiyyətli olmalıdır.
Link Çıxışı
Backlink aldığınız saytdan başqa saytlara link çıxışı aşağıdaki kimi olmalıdır. Burada sektora görə dəyişən vəziyyətə diqqət etmək gərəklidir. Xəbər saytından çıxan link sayı özəl bir bloqdan çıxan link sayı ilə eyni olmayacağını unutmamamız gərəklidir. Link alarkən SSL sertifkatı olan sayta üstünlük verin.SSL SERTİFİKATI BARƏDƏ OXUMAQ ÜÇÜN.
Qeyd:
Link almayan yararsız saytlardan
Yeni açılmış saytlardan
Güncəl olaraq yenilənmə olmayan saytlardan
Tək səhifəli saytlardan
Real istifadəçiləri olmayan saytlardan
İlleqal saytların linklərini yayımlayan saytlardan
Müvəqqəti link satın alan saytlardan
Keyfiyyətsiz, spam və plaqiat saytlardan
Heçbir halda backlink almayın !

Google-Rank Brain Alqoritmi

main-qimg-78b308f86de2b67c2e15db1503f9380d-c.jpg

Google, alqoritmlərini yeniləməyə başladı. Yenilənən alqoritmlərdən biri RankBraindir. Google şirkəti ötən aylarda “Humming Bird” alqoritminin yeni bir versiyasını yaratdı. Bu “google machine learning” strukturunu qavraya biləcək, axtarış sorğularını daha irəli səviyyələrə gətirib çıxaracaq bir alqoritm idi.
Google Rank Brain alqoritması Machine Learning (ML) öyrənim sistemi üzərinə qurulduğu üçün, internetdə edilən axtarışları süni zəka istifadə edərək dəstəkləyir. *Machine Learning insanlar tərəfindən heç bir şey öyrədilmədən və əlavə proqram yardımı olmadan öz özünə öyrənə bilən sistemdir.
Bu alqoritmi daha geniş şəkildə ifadə etsək: Google Rank Brain alqoritmi artıq insanların nə axtardığını və nə öyrənmək istədiyini çox daha yaxşı mənimsəyərək cavab verir. Eyni zamanda istifadə olunan minlərlə alqoritm ilə birlikdə Rank brain “Süni intellekt” olaraq adlandırılır. Rank brain alqoritminin gələcəkdə “axtarış sistemləri” anlayışını “axtarış insanı” olaraq dəyişdirəcəyi düşünülür.
Google Rank brain alqoritmi digər Panda və Hummingbird alqoritmlərindən fərqli olaraq SEO fəaliyyətlərini daha detallı araştırır və ön sıralardakı yerə layiq olub olmadığınıza bundan sonra qərar verir.
Əgər istifadəçilər axtarış motorunda alqoritmin bilmədiyi bir sorğu daxil edərsə, ona bənzər gələn bütün axtarışlar ilə bu axtarışı arxa planda qarşılaşdıraraq, istifadəçiyə ən doğru cavabı verməyə çalışacaq.
Google Rank brain öz-özünə öyrənən və öz özünü inkişaf etdirən ilk alqoritmdir.
Bu alqoritmin SEO fəaliyyətləri zamanı daha ciddi yoxlamalar aparacağına inanılır.
Rank brain alqoritmi ilə birlikdə məzmunun önəmi və təsiri daha çox artacaq. Black Hat SEO (Google tərəfindən yaxşı dəyərləndirilməyən üsullarla edilən SEO fəaliyyətləri) üsullarını mənimsəmə mövzusunda gözlənilən Rank Brain yüksək nəticə verir. Beləki saytınıza aid olmayan söz vəya məzmun SEO-ya daxil etsəniz, Google botları bunu oxumağa başladıqdan sonra Rank Brain alqoritması vasitəsi ilə daha sürətli formada saytınızda sizə aid olmayan məzmun olduğunu tapıb, sizi xəbərdar edəcəkdir.
Rank Brain ilə birlikdə Veb güvənliyinin də önəminin artacağı gözlənilir. Bu səbəblə Google-da “Güvənli Veb” missiyası doğrultusunda SSL sertifikatı, SEO fəaliyyətlərində əsas bir nöqtəyə sahibdir. Veb saytınızın SSL sertifikatına sahib olması gərəklidir. Xüsusən elektron ticarət saytları üçün önəmli olan bu sertifikat istifadəçi ilə sayt arasındaki sorğuların güvənli olaraq şifrələnməsinə şərait yaradır. Bu sertifikata sahib olan saytların müştərilərin kart məlumatlarının oğurlanması kimi təhlükələrlə qarşılaşmadığı sertifikatın bilinən üstün cəhətlərindən biridir.

SEO zamanı bir neçə əsas məqama diqqət etməlisiniz.

* Saytınız üçün SEO optimizasiya fəaliyyətlərini tam yerinə yetirin.
* Səhifələrin açılış sürətini ən yüksək səviyyəyə çatdırmaq üçün çalışın.
* Ağıllı etiket istifadəsini inkişaf etdirin.
* İstifadəçi məmnuniyyəti barəsində dəstək alın və veb saytınızı bu istiqamətdə inkişaf etdirin.
* Veb saytınız üçün analitika proqramları vasitəsi ilə həftəlik və ya aylıq ölçümlər edin
* Uzun və keyfiyyətli məzmunlara yatırımlar edin.
* Link Profilinizi inkişaf etdirin SPAM linklər istifadə etməyin və backlink verdiyiniz     saytın keyfiyyətindən əmin olun.
* SSL sertifkatına sahiblənin.
* Sizinlə eyni sektorda, məzmunda olmayan saytlardan backlinklər almayın.
Aid olduğunuz məzmundan kənara çox çıxmamaq öz məzmununuza fokuslanmaq.
* Gərəkliliyini itirməyən, trend mövzuları əks etdirmək

Robots.txt nədir? SEO-ya faydası nədir?

Robots.txt qısa mənası ilə bir fayl növüdür. Bu, müxtəlif axtarış sistemləri botlarına saytınızda indekslənməməli olan yerləri bildirmək üçün saytlarda yer alan mətn formalı fayldır. Saytınıza baş çəkəcək olan botlar saytın xəritəsinə (sitemap) daxil olduqda hansı hissəni oxuyacağını və hansı hissəni oxumayacağını robot.txt faylı əsasında başa düşür. Bilinən bütün axtarış sistemləri müəyyən botlarla saytların məzmununu yoxlayır və bunu etməklə saytınızı axtarış sistemlərinə indeksləyir.
Bu indeksləmənin başlıca məqsədi (asan dildə desək) haqqınızda məlumat toplamaqdır. Yəni saytınızın hansı kontentə sahib olduğunu bilmək və bunun nəticəsində istifadəçi sorğusu zamanı saytı onun qarşısına çıxarmaqdır. Məsələn, mobil cihazlar ilə bağlı saytınız varsa, axtarış sistemi botları saytı indekslədiyi zaman kontentin mobil cihazlarla bağlı olduğunu görür və düzgün açar sözlər qeyd olunubsa, sorğu nəticəsində saytınız istifadəçi qarşısına çıxır.
Robots.txt faylının düzgün istifadəsi:
Robots.txt faylının hazırlanması zamanı bir çox mövzunu diqqətə almaq lazımdır:
Robots.txt faylı saytın daxilinə (public folder) əlavə edilməlidir;
Robots.txt faylı hər zaman saytın linkləri ilə format olaraq bağlantılı olmalıdır.
Robots.txt faylının hər saytın daxilində olması zəruridir. Bununla URL standartının saxlanılmasına diqqət yetirilməlidir.
Robots.txt faylı yaratmaq olduqca asandır. Bot tərəfindən indekslənməsini istəmədiyiniz səhifə varsa, əmri düzgün olaraq daxil etmək kifayət edir. Əmri daxil etmək üçün isə heç bir kod məlumatına ehtiyac yoxdur. Hər hansısa əlavələr edilməyən txt fayl sabit bir forma olaraq qalır. Yəni ilk standart aşağıdakı forma olur:
User-agent: *
Disallow:
2) Robotların saytınızda yer alan heç bir faylı indeksləməsini istəmirsinizsə:
User-agent: *
Disallow: /
3) Sadəcə sizin müəyyən etdiyiniz axtarış sistemi botlarının indeksləməsi üçün:

User-agent: Google
Disallow:
Qeyd: User- agent hissəsində Google yerinə Yandex yazsaq, saytı sadəcə Yandex botları indeksləyə biləcək

4) Sadəcə müəyyən etdiyiniz hansısa bir səhifənin bot tərəfindən indekslənməməsi üçün:
User-agent: *
Disallow: /index4/junk.html
Disallow: /index/seo.html
Disallow: /menu/smm.html

5) Saytda mövcud olan və “yazılar 1 içərisində yerləşən yazı1-dən başqa heç bir faylı oxuma” əmrini vermək üçün:
User-agent: *
Allow: /yazılar1/yazı1.html
Disallow: /yazılar1/

6) Saytınıza baş çəkən bot üçün indekslənmə müddəti əmrini vermək:
user-agent: googlebot
crawl-delay: 2

Məsələn əgər hansısa botun saytınızı sadəcə 2 dəqiqə ərzində indeksləməsini istəyirsinizsə, aşağıdaki formada əmr verməyiniz kifayət edir. Bunun nəticəsində saytınıza baş çəkən googlebot 2 dəqiqə bittikdən sonra əgər oxumadığı səhifələr qalıbsa belə, onları oxumadan saytınızı tərk edəcək.

User qarşısında olan (*) All – yəni bütün mənasını verir. Saytınızda olan hər şeyin indekslənməsi üçün (*)-dan istifadə edirsiniz.

Disallow qarşısında olan iki nöqtədən sonra heçnə yazmasanız, bu, saytınızda bot tərəfindən oxunmamasını istədiyiniz bir səhifə yoxdur mənasını verir.
Disallow qarşısında əgər / (slash)  işarəsi qoysanız, saytınız bütünlüklə oxunmayacaq

SEO baxımından robots.txt faylı önəm təşkil edir.


37_post

Saytda silinən linklər mövcuddursa və ya saytınızın üzərində dəyişikliklər gedirsə, bir müddət üçün indekslənmənin qarşısını almaq mümkündür. Bu, istifadəçilərin hələ tam hazır olmayan səhifəyə daxil olduqda istədiyi səhifəni tapmadığı üçün geri qayıtması, buna bağlı olaraq “bounce rate” faizini artırmasına gətirib çıxara bilər.
Son olaraq qeyd edilməlidir ki, əgər hansısa bir link üçün robots.txt faylında indekslənməmə əmri verməyinizə baxmayaraq hələ də daxil olmaq mümkündürsə, deməli, o linkə başqa bir mənbədən istinad edilib və bu sayədə o link əlçatandır. Belə olan halda səhifənin ümumiyyətlə Google axtarış sistemlərində görünməməsi üçün noindex meta tag-lərindən istifadə etmək lazım gəlir. Bu zaman Google bunu başa düşüb bu yazıya hər hansı başqa mənbədən istinad olduğuna baxmadan, linki öz axtarış nəticələrindən çıxarır.