BACKLINK-lər nədir.Seo zamanı necə istifadə etməli.

SEO işlərində sıxlıqla eşitdiyiniz və adından çox söz etdirən link və backlink anlayışı sayt xarici SEO fəaliyyətlərinin əsas komponentlərindən biridir.
Bu çalışmalar ödənişli və vaxt tələb edən bir iş olmaqla yanaşı, eyni zamanda səbr də tələb edir. Bir çoxları tərəfindən edilən ən önəmli yanlış, sayt daxili SEO çalışmalarını etməzdən öncə və ya əksik edilmiş bir çalışma ilə backlink axtarışına çıxmaqdır. Bu çox riskli və yanlış bir çalışma strategiyasıdır.
Məsələn:
Özünüzü professional idmançı kimi təsəvvür edin. Bu halda rinqə çıxmazdan öncə nə etməli olduğunuzu bilirsiniz?
Plan daxilində sizə uyğun olan proqramda məşq edərək döyüşə ən yaxşı şəkildə hazırlaşacaqsınız. Deməli ancaq sayt üçün optimizasiya işlərini tam hazır vəziyyətə gətirdikdən sonra backlink axtarışına çıxmalısınız.

build_backlinks_to_your_website
Backlink Nədir?
Tərcümədə geri bağlantı mənasına gəlməkdədir. Bir saytın digər bir sayta vermiş olduğu linkdir. Saytın xarici SEO çalışmalarının (off page SEO) önəmli başlıqlarından biridir.
Təsəvvür edək ki “kharayev.az” adında bir veb saytınız var və “abcd.com” adında başqa bir veb sayt sizə məzmunu qorumaq şərti ilə link verir. Yəni sizi öz istifadəçilərinə doğru şəkildə tövsiyyə edir. Bu halda bir neçə məsələyə diqqət yetirmək lazımdır:
Backlink aldığınız saytın keyfiyyəti və məzmunu sizin saytdan aşağı olmamalıdır (Məzmun cəhətdən eyni və ya oxşar olmalıdır (kosmetik vasitələr haqqında olan saytın texnologiya bloguna link verməsi mənasız və qeyri-effektivdir)
Domain Authority – Page Authority (Təyin edilmiş müəyyən alqoritmlərlə SEOmoz tərəfindən domain və səhifələrinizə 100 xal üzərindən verilən dəyərdir. Backlink alacağınız zaman domain səhifə nə qədər məzmun cəhətdən yaxın, keyfiyyət baxımından yüksək olarsa, geri dönüş o qədər faydalı olacaqdır.
Keyfiyyəti müəyyən edən faktorlar: Alınan linklər, dolğun məzmun, domainin yaşı (alınandan mövcud zamana qədərki vaxt) Saytın domain və keyfiyyət dəyəri 30-dan yuxarı olmalıdır)
Trustrank (BARƏDƏ OXUMAQ ÜÇÜN)
Trustrank Stanford universiteti və yahoo tərəfindən spamla mübarizə üçün yaradılmış alqoritmdir. Ümumi desək, TrustRank məntiqinə görə, keyfiyyətli saytın link verdiyi sayt da keyfiyyətli sayılır. Bu yanaşma istifadəçilər tərəfindən məntiqli hesab edilməsə də, iş prinsipi belədir və hələ də bu məntiqlə davam edir. TrustRankda olan bir digər məntiqə görə isə, link alan veb sayt, link verən veb saytın trustrank dəyərindən aşağı qiymət almalıdır.
Trust Flow – Citation Flow
Trust flow saytınızın keyfiyyətini əsas götürərkən, citation flow saytınıza verilən linklərin keyfiyyət dəyərini yoxlayır və ya müəyyənləşdirir. Saytınızı həm trust flow həmdə citation flow dəyərlərini eyni balansda olmasına diqqət etməlisiniz. Trust Flow dəyəri aşağı olub, Citation Flow dəyəri yüksək bir sayt bir müddət sonra cəzalandırılma ilə qarşı qarşıya qalacaqdır.
SEO Visibility
Saytınızın axtarış sistemləri üzərində görünürlük, asan tapılabilmə dərəcəsi və məlumatlarını bizə təqdim edir. Yəni burada backlink alacağınız saytı incələyərək backlink alıb almayacağınıza qərar verirsiniz. Backlink alacağınız saytın SEO VİSİBİLİTY raportu hər zaman aşağı enən bir qrafikdədirsə, backlink almaq faydalı olmayacaqdır. Daima yüksəlmə görməyə bilərsiniz və ya zaman-zaman enmələr ola bilər, amma bu daima belədirsə, o saytdan backlink almaq yanlış strategiyadır.
New – Lost Backlinks
Yeni backlink və itirdiyiniz backlink keyfiyyəti hər zaman önəmlidir. İtirilmiş backlink dedikdə məsələn, deyək ki sizin saytınızdaki texnologiya ilə bağlı bir yazıya backlink verilib. Bir müddət sonra siz o yazını sildikdə, sizə verilən backlink itirilmiş backlink sayılır, çünki istifadəçilər o linkə daxil olaraq saytınızdakı yazını oxuya bilmir.
Aldığınız yeni backlinklərin keyfiyyəti itirdiyiniz backlinklərə görə aşağıdırsa, saytınızda dalğalanmalar yaşanacaq. Link aldığınız saytın yeni və itirilmiş backlinklərinə baxaraq irəliləyən günlərdə necə bir nəticə ilə qarşılaşa biləcəyini, saytınıza nə dərəcədə zərər verə biləcəyini analiz edə bilərsiniz. İtirilmiş backlinklər yerinə gələn backlink, mütləq köhnədən daha keyfiyyətli olmalıdır.
Link Çıxışı
Backlink aldığınız saytdan başqa saytlara link çıxışı aşağıdaki kimi olmalıdır. Burada sektora görə dəyişən vəziyyətə diqqət etmək gərəklidir. Xəbər saytından çıxan link sayı özəl bir bloqdan çıxan link sayı ilə eyni olmayacağını unutmamamız gərəklidir. Link alarkən SSL sertifkatı olan sayta üstünlük verin.SSL SERTİFİKATI BARƏDƏ OXUMAQ ÜÇÜN.
Qeyd:
Link almayan yararsız saytlardan
Yeni açılmış saytlardan
Güncəl olaraq yenilənmə olmayan saytlardan
Tək səhifəli saytlardan
Real istifadəçiləri olmayan saytlardan
İlleqal saytların linklərini yayımlayan saytlardan
Müvəqqəti link satın alan saytlardan
Keyfiyyətsiz, spam və plaqiat saytlardan
Heçbir halda backlink almayın !